Putin Paşinyanla görüşəcək
Bu gün Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
“Yenisirvanli.info.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.
“Çoxtərəfli tədbirdən (MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü - red.) sonra Putin Ermənistanın Baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır”, - D.Peskov deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: