Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi

13-12-2025, 13:43 131 dəfə baxılıb

 

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.


Yenisirvanli.info.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.


Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.


Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenant Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.


Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların "N" saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031