Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb

11-12-2025, 18:50 123 dəfə baxılıb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində dekabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.


Ə.Əsədov Prezident İlham Əliyevin salamlarını Gürcüstanın baş nazirinə çatdırıb.


İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.


Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.


İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031