Macarıstan prezidenti Ceyhun Bayramovu qəbul edib

11-12-2025, 15:43 133 dəfə baxılıb


Macarıstan Prezidenti Tamaş Şuyok xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Bildirilib ki, görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi barədə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunan irəliləyişi qiymətləndirmək üçün dəyərli bir platforma təqdim edib.


Tərəflər strateji tərəfdaşlığın əsas sahələrdə, o cümlədən ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqələri, təhsil və mədəniyyət sahələrində genişləndirilməsini müzakirə ediblər.


Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsində davamlı siyasi dialoq və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.


Regionumuzdakı postmünaqişə reallıqları, Ermənistanla normallaşma prosesi, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma səyləri də müzakirə mövzusu olub.


Tərəflər regional və çoxtərəfli çərçivələrdə artan əməkdaşlığı vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində ortaq öhdəliklərini qeyd ediblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031