İsrail prezidenti Trampın Netanyahunu əfv etmək xahişini rədd etdi

7-12-2025, 18:22 106 dəfə baxılıb

 

İsrail Prezidenti İsxaq Hersoq amerikalı həmkarı Donald Trampın şəxsi müraciətinə baxmayaraq, Baş nazir Benyamin Netanyahunun əfv olunması xahişini rədd edib.


Yenisirvanli.info.az  bu barədə "Politico" nəşrinə istinadən xəbər verir.


"Prezident Trampın dostluğuna və fikrinə hörmət edirəm, amma İsrail suveren dövlətdir", - deyə Hersoq vurğulayıb.


O, istənilən əfvin ciddi şəkildə mahiyyətinə görə nəzərdən keçirilməli olduğunu deyib və əmin edib ki, məsələyə tam ciddiliklə yanaşır.


Hersoq qeyd edib ki, qərar qəbul edərkən yalnız İsrail xalqının maraqlarını rəhbər tutur və ölkənin məhkəmə sisteminin müstəqilliyinə tam hörmətini vurğulayıb.


Xatırladaq ki, Netanyahuya qarşı korrupsiya istintaqı 2016-cı ilin dekabrında başlayıb, 2019-cu ildə isə ona qarşı bir neçə korrupsiya işi üzrə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031