Azərbaycan Prezidentinin köməkçisi: "Bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər görürük"

6-12-2025, 15:17 141 dəfə baxılıb

 

"Azərbaycan sülh gündəliyi ilə bağlı əlindən gələn bütün səyləri göstərir".


Yenisirvanli.info.az  "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda deyib.


O, Azərbaycan-Ermənistan nizamlama prosesində geriyə addım atılmamasının zəruriliyini vurğulayıb:


"Biz sülh gündəliyi ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var. Bu dəstək bizim gündəmimizə necə yönəldilməli və uyğunlaşdırılmalıdır? İlk növbədə, siyasi dəstək və əlbəttə, siyasi iradə lazımdır".


H.Hacıyev beynəlxalq ictimaiyyəti sülh prosesinə zərbə vuracaq bəyanatlardan çəkinməyə çağırıb:


"İrəli gedərkən bizə yardımçı olun. Bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər görürük. Bu, həm beynəlxalq media, həm akademik dairələr, həm də beyin mərkəzlərinə yönələn bir çağırışdır. Elə araşdırmalar var ki, onlar bizi keçmişə qaytarır və bu, belə olmamalıdır. Biz gələcəyə baxırıq. Çətinliklərin olduğunu bilirik, amma gəlin sülh gündəminə fokuslanaq və buna nail olmaq üçün çalışaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031