ABŞ Milli Təhlükəsizlik Strategiyasını elan etdi: "Atlant dövrümüz keçdi"

5-12-2025, 18:37 81 dəfə baxılıb

 

Ağ Ev digər dövlətlərə Birləşmiş Ştatların milli maraqlarına təhlükə kəsb edəcək qədər nüfuz qazanmağa imkan verməyəcək, amma eyni zamanda, ABŞ "qlobal hakimlik kimi məşum konsepsiyadan" da imtina edir.


Yenisirvanli.info.az xəbər verir ki, Ağ Evin açıqladığı Milli Təhlükəsizlik Strategiyasının yenilənmiş versiyasında belə deyilir.


"Birləşmiş Ştatlar hər hansı bir dövlətin maraqlarımıza təhlükə kəsb edəcək qədər üstünlüyə sahib olmasına imkan verə bilməz. Biz qlobal və regional qüvvələr balansının dəstəklənməsi məqsədilə müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik ki, dominant düşmənlərin ortaya çıxmasını əngəlləyək", - sənəddə deyilir.


Eyni zamanda, strategiyada qeyd olunur ki, Birləşmiş Ştatlar özü üçün məşum qlobal hökmranlıq konsepsiyasını rədd edir.


"Biz bu cür dövlətlərin qlobal, bəzi hallarda isə hətta regional hakimliyinin qarşısını almalıyıq. Bu o demək deyil ki, dünyanın bütün böyük və orta gücdə olan dövlətlərini məhdudlaşdırmaq üçün qan tökəcək və pul xərcləyəcəyik - bu, beynəlxalq münasibətlərin əbədi gerçəkliyidir. Reallıq bəzən ümumi maraqlarımıza təhlükə kəsb edən ambisiyaların qarşısını almaq üçün tərəfdaşlarımızla işləməyimizi tələb edir", - sənəd müəllifləri belə hesab edirlər.


"ABŞ-nin bütün dünya düzənini Atlant kimi öz çiyinlərində daşıdığı günlər keçdi. Müttəfiqlərimiz və tərəfdaşlarımız arasında onlarla zəngin və inkişaf etmiş ölkə var, onlar öz bölgələrinə görə əsas məsuliyyəti üzərlərinə götürməli və kollektiv müdafiəyə daha çox töhfə verməlidir", - strategiyada bu məqam da vurğulanır.


O da bildirilir ki, Vaşinqton "yükün bölüşdürülməsi" üzrə cəhdlərə rəhbərlik edə və onlara maliyyə yardımı göstərə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031