Əli Əsədov Oleq Belozyorov ilə görüşüb

26-11-2025, 16:38 132 dəfə baxılıb

 

Baş nazir Əli Əsədov bu gün "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov ilə görüşüb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.


Görüş zamanı Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.


Nəqliyyat və logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilib.


Regionun tranzit potensialının artırılması üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı üzrə işlərin eyni vaxtda aparılması və bu marşrut üzrə yükdaşımanın sabit artımının təmin edilməsinin zəruriliyi vurğulanıb.


Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031