İlham Əliyev Jelko Komşiçi təbrik edib

25-11-2025, 13:33 115 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.


Yenisirvanli.info.az  President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Sədr,


Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.


Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. Daim artan siyasi təmaslarımız və fəal dialoqumuz bir sıra sahələrdə səmərəli qarşılıqlı fəaliyyətimiz ilə müşayiət olunur.


Əminəm ki, xalqlarımızın dostluğundan qaynaqlanan Azərbaycan-Bosniya və Herseqovina münasibətləri bundan sonra da birgə səylərimizlə inkişaf etməyə, əməkdaşlığımız möhkəmlənməyə davam edəcəkdir.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031