Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində qarşılıqlı səfərləri təşkil ediləcək

24-11-2025, 16:37 112 dəfə baxılıb

 

"Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərinin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Bakıya və İrəvana daimi əsasda qarşılıqlı səfərləri təşkil ediləcək".


Yenisirvanli.info.az  Ermənistan mediasına istinadla xəbər verir ki, bunu noyabrın 21-22-də dörd nəfərdən ibarət qrupun tərkibində Bakıya səfər etmiş Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri qrupunun üzvü Areq Koçinyan bu gün keçirilmiş mətbuat konfransında bəyan edib.


O qeyd edib ki, Ermənistanda da, Azərbaycanda da səfərlərin təşkilində və təhlükəsizliyin təmin edilməsində müvafiq qurumlar iştirak ediblər.


"Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar cavab verdilər ki, özlərini tam təhlükəsizlikdə hiss edirlər. Mən də bizim təhlükəsizliyimiz barəsində eyni sözləri deyə bilərəm", - deyə o bildirib.


Koçinyanın sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələri Bakıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də görüşüblər.


"O, Ermənistan cəmiyyətinə bunu çatdırmağı xahiş etdi: müharibə başa çatıb, Azərbaycan üçün artıq müharibə yoxdur. Onlar üçün Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb. Ermənistanla hərtərəfli və uzunmüddətli sülh qurmaq istədiklərini və bu yolda irəliləməyə hazır olduqlarını bizim vasitəmizlə Ermənistan cəmiyyətinə çatdırmaq onlar üçün son dərəcə əhəmiyyətlidir. Son dərəcə vacib olan digər məqam isə budur ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur", - deyə Koçinyan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031