“Qəza ilə bağlı hərtərəfli araşdırma aparılır”

19-11-2025, 15:52 90 dəfə baxılıb

 

“Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli araşdırma aparılır”.


Yenisirvanli.info.az  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim “Ədalət və İnkişaf” partiyasının iclasında çıxışı zamanı danışıb.


Onun sözlərinə görə, ölkənin Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı ictimaiyyətə detallı açıqlama verəcək.


Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 hərbçi həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031