İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçir

10-11-2025, 09:43 133 dəfə baxılıb

 

Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyanatın ildönümüdür.


Yenisirvanli.info.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdı.



44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib. Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər Azərbaycanın nəzarətinə qaytarıldı.


Noyabrın 8-də Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.


Bu qələbədən iki gün sonra noyabrın 10-da imzalanan Bəyanat 30 ilə yaxın davam edən münaqişəyə son qoyaraq bölgədə yeni reallıqların əsasını qoydu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031