Azərbaycan üzərindən Ermənistana taxıl göndərilməsini mühüm hadisə adlandırdı

6-11-2025, 16:47 116 dəfə baxılıb

 

“Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə mal idxalı üçün yeni müraciətlər daxil olur”.


ARHD.AZ  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə Rusiyadan buğda yüklü ilk qatarın ölkəyə gəlişini şərh edərkən bildirib.


“İlkin olaraq, birinci qatarın Qazaxıstandan gəlməsi planlaşdırılırdı. Lakin sonradan məlum oldu ki, Azərbaycan Rusiya yükləri üçün də belə bir imkan yaradır. İndi bu marşrut üzrə Rusiyadan ayrı-ayrı kateqoriyalı malların idxalı üçün müraciətlər formalaşır”, - Paşinyan qeyd edib.


Onun sözlərinə görə, Azərbaycan üzərindən malların Ermənistana çatdırılmasının yeni imkanı nəzərə alınmaqla, yük axınları yenidən bölüşdürülür. Paşinyan Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə partiyaların göndərilməsinin mümkünlüyünü istisna etməyib.


“Vəziyyət dinamik inkişaf edir - yeni müraciətlər daxil olur. Həmçinin Ermənistandan Rusiyaya, Qazaxıstana və digər ölkələrə yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır”, - o əlavə edib.


Paşinyan Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana göndərilməsini mühüm hadisə adlandırıb və Ermənistanın Marqara-Kornidzor marşrutu üzrə Türkiyə və Azərbaycan yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu xatırladıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031