“Moskva və Tehran TRIPP-dən narahat deyil”

5-11-2025, 16:41 134 dəfə baxılıb

 

“Moskva və Tehran ABŞ şirkətinin TRIPP layihəsində mümkün iştirakı ilə bağlı narahatlıq ifadə etməyib”. 


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Orbeli forumu: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” adlı beynəlxalq konfransda çıxış edərkən bildirib. 


“Ermənistanda həm ABŞ, həm də Argentina, Çin və digər ölkələrin maliyyəsi ilə fəaliyyət göstərən şirkətlər var”, - o qeyd edib.


Nazirin sözlərinə görə, bu layihə siyasi cəhətdən diqqət cəlb edir. 


“Demək istəmirəm ki, bu, su ehtiyatlarının və ya hava limanının idarə edilməsi ilə müqayisə edilə bilər. Bunun siyasi əhəmiyyəti var. Bu layihə sülhün qarantlarından və alətlərindən biridir”, - Ermənistanın XİN rəhbəri bildirib.


Mirzoyan hazırda layihə çərçivəsində ABŞ ilə danışıqların aparıldığını qeyd edib. 


“Rəsmi olaraq Moskva və Tehran narahatlıq ifadə etməyib. Əksinə, İran və Rusiya layihədə maraqlıdır”, - o deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031