“Ermənilərin Qarabağa qayıtması sülhə təhlükə yarada bilər”
“Ermənilərin Qarabağa qayıtması Ermənistanla Azərbaycan arasında qurulan sülhə təhlükə yarada bilər”.
Yenisirvanli.info.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxış edərkən danışıb.
“Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsini sülh üçün risk hesab edirəm”, - Paşinyan qeyd edib.
O həmçinin sülhü yeni doğulmuş körpə ilə müqayisə edib və onun qayğıya ehtiyac duyduğunu vurğulayıb: “Biz sülh sazişini imzalamalı, sərhədin delimitasiyasını həyata keçirməli və bir-birimizi rahat buraxmalıyıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: