Ceyhun Bayramov Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın mədəni irsinin bərpasından danışıb

31-10-2025, 18:37 148 dəfə baxılıb

 

"Azərbaycan azad edilmiş ərazilərdə mədəni irsin genişmiqyaslı bərpasını həyata keçirir".


Yenisirvanli.info.az  "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənddə UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, Azərbaycan ərazilərinin təxminən otuzillik hərbi işğalı (Ermənistan tərəfindən - red.) abidələrin, dini obyektlərin, muzeylərin və tarixi abidələrin dağıdılması, mənimsənilməsi və ya onlara qarşı etinasızlıq da daxil olmaqla mədəni irsə (Qarabağ və Şərqi Zəngəzur - red.) ciddi ziyan vurub.


"Ümumilikdə (regionda - red.) 67 məscid, 738 abidə, 83 500-dən çox eksponatı olan 28 muzey, 4 rəsm qalereyası, 14 memorial kompleks və 1 107 mədəniyyət müəssisəsi daxil olmaqla 1 891 mədəni irs obyekti var idi ki, bu da Azərbaycan üçün böyük mədəni itkilərlə nəticələnib", - C.Bayramov bildirib.


O vurğulayıb ki, Azərbaycan bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır:


"Bu ərazilərin azad edilməsindən sonra hökumət üçün prioritetlərdən biri abidələrin bərpası və qorunması olub. Bundan əlavə, mina və partlamamış sursatların mövcudluğu mütəxəssislər və yerli əhali üçün təhlükə yaradır, obyektlərə girişi məhdudlaşdırır və dağıdılmış mədəni irsin bərpasını ləngidir. Azərbaycan UNESCO-nun əsas prinsiplərini qorumağa və dəstəkləməyə davam edəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031