BMT rəhbərliyinə namizəd olacaq

30-10-2025, 09:19 131 dəfə baxılıb

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) direktoru Rafael Mariano Qrossi 2026-cı ilin sonunda keçiriləcək BMT Baş Katibi seçkilərində iştirak edəcəyini açıqlayıb.


Yenisirvanli.info.az  xəbər verir ki, Qrossi bu barədə Nyu-Yorkdakı BMT mənzil-qərargahında təşkil olunan mətbuat konfransında danışıb.


BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddətinin 2026-cı ilin sonunda başa çatacağı nəzərə alınaraq, Baş katib vəzifəsinə namizəd olub-olmaması barədə sual verildikdə, Qrossi “Bəli, Baş Katib vəzifəsinə namizəd olacağam. Bu sirr deyil və olmamalıdır” deyib.


O, həmçinin, qeyd edib ki, namizədliyi hazırkı IAEA direktoru vəzifəsinə təsir etməyəcək və Agentlikdəki fəaliyyəti onun “nə qədər yaxşı Baş katib ola biləcəyinin” göstəricisidir.


Qeyd edək ki, Antonio Quterreş BMT Baş Katibliyini iki müddət icra edib və onun mandatı 2026-cı ilin sonunda başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031