Masis meri də həbs olundu

23-10-2025, 19:42 140 dəfə baxılıb

 

Ermənistanın Masis şəhərinin meri və Baş nazirliyə keçmiş namizəd Davit Ambartsumyan 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə vəkil Tiqran Atanesyan sosial şəbəkə hesabında paylaşım edib.


Onun sözlərinə görə, məhkəmə Ambartsumyan barəsində həbs qətimkan tədbiri seçib.


Xatırladaq ki, 2018-ci il aprelin 22-də Erebuni rayonunda keçirilən etiraz aksiyası zamanı bir qrup şəxs aksiyanın iştirakçılarına hücum etmişdi. Hadisə ilə bağlı Davit Ambartsumyan, merin müavini Karen Ohanyan və bir neçə Masis sakini saxlanılmışdı. Daha sonra sabiq merin silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülmüşdü.


Onu da bildirək ki, bundan bir neçə gün öncə Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhərin baş memarı Henrix Qasparyan korrupsiya ittihamları ilə bağlı həbs edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031