Paşinyan: "Vaşinqtonda əldə edilmiş razılaşmalar konkret nəticələr verən bəyannamələrdir"

23-10-2025, 14:44 144 dəfə baxılıb

 

"Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı Ermənistanın tədricən blokadadan çıxması deməkdir".


Yenisirvanli.info.az -ın  Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.


"Tezliklə iqtisadiyyatımızın strukturunda köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığına dair bəyanatı ətrafında müzakirələr gedir. Bu, çox mühüm qərardır və göstərir ki, Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar sadəcə bəyannamə deyil, bunlar konkret nəticələr verən bəyannamələrdir", - deyə Paşinyan qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031