Bu ölkədə səfirliyimiz təsis olundu - Sərəncam

17-10-2025, 19:44 150 dəfə baxılıb

 

Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.


Sərəncamda deyilir:


“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:


1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;


1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031