Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək

6-10-2025, 14:24 73 dəfə baxılıb

 

Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran öz "X" hesabında etdiyi paylaşımda məlumat verib.


"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında iştirak etmək üçün 2025-ci il oktyabrın 7-də Azərbaycana səfər edəcək.


"Regional sülh və təhlükəsizlik" mövzusunda keçiriləcək sammit çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun möhkəmləndirilməsi və təşkilat daxilində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər nəzərdən keçiriləcək. Qəbələ Bəyannaməsi daxil olmaqla, müxtəlif sənədlərin və qərarların qəbul edilməsi gözlənilir.


Prezidentimizin sammit çərçivəsində Dövlət Başçıları Şurasının iclasına qatılması, iştirakçı dövlət və hökumət başçıları ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub", - deyə paylaşımda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031