Üçüncü dəfə Tbilisinin meri olacaq

5-10-2025, 13:43 76 dəfə baxılıb

 

Tbilisi meri seçkilərində hakim “Gürcü Arzusu– Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze qalib gəlib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.


Belə ki, hakim “Gürcü Arzusu” partiyasından Tbilisi merliyinə namizədliyini irəli sürən Kaladze 214 min 575 səs toplayıb və 71,588 faiz səslə qalib gəlib.


Onun əsas rəqibi, “Güclü Gürcüstan – Lelo” partiyasından olan İrakli Kupradze 37 257 səs toplayıb və 12,43% səslə ikinci olub.


“Qirçi” partiyasının lideri İaqo Xviçia isə 7,518% səs toplayıb.


Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri vəzifəsində çalışır və üçüncü dəfədir, hakim partiyadan namizədliyini irəli sürüb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031