Almaniyanın "Uniper" şirkəti ilə SOCAR arasında əlavə qaz həcmlərinin satın alınmasına dair fikir mübadiləsi aparılıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "Uniper SE" şirkəti arasında potensial əlavə qaz həcmlərinin alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Yenisirvanli.info.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, Azərbaycan şirkəti ilə "Uniper" şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəfin "Uniper SE"nin baş kommersiya direktoru, "Uniper Global Commodities SE"nin baş icraçı direktoru Karsten Poppinqa ilə görüşü keçirilib.
Görüşdə SOCAR-la "Uniper" arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, şirkətlərin strateji inkişaf hədəflərindən və əldə olunan nailiyyətlərdən bəhs edilib.
Söhbət zamanı "Uniper" şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri qismində fəaliyyəti qeyd olunub, şirkətlər arasında "Upstream" sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: