Xarici medianı cavabları ilə susduran Azərbaycan Prezidenti - İnformasiya savaşında da qələbə!

27-09-2025, 21:27 119 dəfə baxılıb

 

2020-ci ilin payızında Vətən müharibəsi yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də gedirdi.


Xarici media bəzi hallarda qərəzli suallar ünvanlayır, Azərbaycan Prezidenti İlham Əliyev isə hər zaman olduğu kimi, tutarlı, faktəsaslı cavablar səsləndirirdi.


Prezident, demək olar ki, bütün müsahibələrində Ermənistanın təxribatlarından danışır və dünyanı bununla bağlı xəbərdar edirdi.


"Biz bunu dünya ictimaiyyətinə sübut etdik və sübutlarımız jurnalistlərə təqdim olundu", - deyə dövlət başçısı bildirib.


2020-ci ilin dekabr ayında isə Prezident İlham Əliyev həm sülhün, həm də regional əməkdaşlığın planlarını dünyaya təqdim etdi. Xarici jurnalistlərin qərəzli suallarına verilən faktəsaslı cavablar Azərbaycanın informasiya diplomatiyasının da gücünü göstərdi.


Beləliklə, 2020-ci il Vətən müharibəsindən sonra informasiya müharibəsi də Azərbaycan üçün qalibiyyət mərhələsinə çevrildi. Prezidentin müsahibələri Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırdı və ölkəmizin diplomatik mövqeyini daha da möhkəmləndirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031