Donald Trampdan İlham Əliyevə: "Sizinlə fəxr edirəm, siz çox gözəl insansınız"

24-09-2025, 17:17 79 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevlə fəxr etdiyini bildirib.


Yenisirvanli.info.az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar ABŞ prezidenti birinci xanımının adından verilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.


Donald Tramp çıxışında Azərbaycan Prezidentinə xitabən deyib:


"Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".


"Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə, demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq", - D.Tramp əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031