KXDR lideri: Gizli silah hazırlamışıq

22-09-2025, 09:38 76 dəfə baxılıb

 

Şimali Koreyanın dövlət başçısı Kim Çen In bildirib ki, xalq respublikası özünün müdafiə gücləndirilməsi çərçivəsində gizli silah əldə edib.


"Yenisirvanli.info.az"ın xəbərinə görə, onun sözlərini Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.


"Dövlətimiz və partiyamız müdafiə qabiliyyətimizi gücləndirmək üçün davamlı, irəliyə doğru inkişafa çalışır", - Kim Çen In deyib.


O, dəniz gücünün yaradılmasında ilk mühüm addım olan yeni esmineslərin inşasını, eləcə də strateji qüvvələrin fasiləsiz olaraq gücləndirilməsini və kütləvi istehsal silahlarının performansının təkmilləşdirilməsini xatırladıb.


"Bundan əlavə, biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək", - Kim Çen In deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031