Erməni nazir: "TRIPP ilk növbədə, təhlükəsizlik zəmanətidir"

20-09-2025, 20:40 109 dəfə baxılıb

 

"Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) ilk növbədə iqtisadi layihə deyil, təhlükəsizlik zəmanətidir".


Yenisirvanli.info.az  Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan bildirib.


"Ən böyük iqtisadi effekt dəmir yolu fəaliyyətinin bərpasından deyil, böyük bir ABŞ şirkətinin Ermənistana investisiyalar yatırmasından gələcək. Bu, Ermənistan üçün çox mühüm amildir", - deyə Papoyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının VII qurultayından sonra jurnalistlərə bildirib.


O, yaxın gələcəkdə ABŞ-də yerli tərəfdaşlarla müzakirələrin keçiriləcəyini, bundan sonra investisiyaların gəlməyə başlayacağını bildirib.


Nazir xatırladıb ki, 145 milyon dollar həcmindəki ilk tranş artıq Ermənistana çatıb.


"Bu layihə işləri və sərhəd infrastrukturu üçün ayrılan vəsaitdir. Biz növbəti tranşları müzakirə edəcəyik. Ermənistan özü bu investisiyaları həyata keçirə bilər, amma biz istəyirik ki, orada dünyanın ən qüdrətli dövlətləri mənfəət əldə etsinlər. Bu, təhlükəsizliyi təmin edəcək", - deyə Papoyan qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031