İsrail Fransanın Fələstini tanıması ehtimalına qarşı sərt cavab hazırlayır

19-09-2025, 15:52 74 dəfə baxılıb

 

İsrail Fransanın Fələstini tanıması ehtimalına qarşı sərt cavab hazırlayır.


İsrail Fələstin dövlətçiliyini tanımaq niyyətinə cavab olaraq Fransaya qarşı sərt tədbirlər görməyə hazırlaşır.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verib.


İsrail hökumətinin mövqeyi ilə tanış olan iki avropalı məmurun və ekspertin sözlərinə görə, İsrail "bir neçə hərəkət variant hazırlayır". Bunlara Fələstin Milli Administrasiyasının fəaliyyət göstərdiyi İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi də aid ola bilər.


Həmçinin Fransanın Qüdsdəki konsulluğunun bağlanması və İsraildə xristianların ziyarətgahı olan Eleon məbədi kimi Fransaya məxsus obyektlərə və ərazilərə qarşı tədbirlər də nəzərdən keçirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031