Paşinyan Azərbaycanla sülhün institusionallaşdırılmasına sadiqliyini bir daha təsdiqlədi

17-09-2025, 12:24 135 dəfə baxılıb

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün institusionallaşdırılmasının davamı üzərində işləməyə sadiq olduğunu bir daha təsdiqləyib.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə Paşinyan öz "X" hesabında ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Vaşinqton görüşü barədə paylaşımına münasibət bildirərkən yazıb.


"Bir daha sizə, Prezident Tramp, Azərbaycanla bu tarixi razılaşmaya vasitəçilik etdiyinizə görə minnətdarlığımı bildirirəm - daha əvvəl heç kim belə bir nailiyyət əldə etməmişdi. Mən sülhün institusionallaşdırılmasının davam etdirilməsi və TRIPP-nin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsi üzərində işləməyə sadiq olduğumu bir daha təsdiqləyirəm", - deyə Paşinyan bildirib.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031