Peskov: "NATO Rusiya ilə de-fakto müharibə aparır"

15-09-2025, 19:18 132 dəfə baxılıb

 

"Şimali Atlantika Alyansı (NATO) faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir".


Yenisirvanli.info.az -ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, NATO-nun hərbi əməliyyatlar aparması göz qabağındadır və sübuta ehtiyac yoxdur.


"NATO de-fakto iştirak edir və Kiyev rejiminə dolayı və birbaşa dəstək mövcuddur", - Peskov brifinqdə vurğulayıb.


Xatırladaq ki, sentyabrın 13-də NATO-ya üzv ölkələr "Şərq mühafizi" əməliyyatına başlayıblar. Baş katib Mark Rüttenin sözlərinə görə, bu, alyansın şərq cinahını qorumaq məqsədi daşıyır. Əməliyyatın başlanması sentyabrın 10-da Polşada PUA-larla baş verən insidentə cavab olub. Daha sonra ən azı 19 PUA ölkənin hava məkanını pozub. Polşa tərəfinin məlumatına görə, PUA-lar Rusiyaya məxsus olub. Rusiya Müdafiə Nazirliyi bu faktı təkzib edib. Nazirliyin mətbuat xidməti Polşa ərazisində hər hansı hədəfi vurmaq planının olmadığını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031