Sülh yolu - Zəngəzur dəhlizi: Hansı işlər görülür?

13-09-2025, 08:33 85 dəfə baxılıb

 

"Regionun, o cümlədən Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün əsas amillərdən biri sosial təyinatlı və infrastruktur obyektləridir. Bu obyektlər arasında nəqliyyat arteriyaları xüsusi əhəmiyyət daşıyır".



Yenisirvanli.info.az xəbər verir ki, bunu Baku TV-yə Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev açıqlayıb.


Onun sözlərinə görə, Vaşinqtonda keçirilmiş görüşün nəticələrinə uyğun olaraq müəyyən edilən sülh yolu Ermənistan və Azərbaycan arasında maneəsiz gediş-gəlişin təmin olunmasına şərait yaradır:


"Bu istiqamətdə müxtəlif proseslər aparılır və yola çoxsaylı nəqliyyat infrastruktur layihələri qoşulub. Bunlardan ən vacibləri Laçın-Kəlbəcər yolunda inşa olunan tunellər və digər nəqliyyat arteriyaları, eləcə də Xankəndi-Laçın yolundakı infrastruktur layihələridir. Hazırda Laçına giriş istiqamətində yerləşən hər üç tuneldə işlər aparılır. Xankəndi-Laçın yolunda isə işlər artıq orta mərhələyə yaxınlaşıb. Laçın-Kəlbəcər yolunda mövcud olan çoxsaylı tunellərin bir neçəsi tam başa çatıb. Dövlət başçımızın səfəri çərçivəsində həmin tunellərdən birinin açılışı da reallaşıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031