“Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki...” - Paşinyan

10-09-2025, 22:34 122 dəfə baxılıb

 

“Obyektiv reallıq da var, subyektiv təsəvvürlər də. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb”.


“Yenisirvanli.info.az”  “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib.



Paşinyan Amerika lideri Donald Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP marşrutunun ikitərəfli müzakirə mövzusu olduğunu da bildirib.


“İstisna etmirəm ki, obyektiv və subyektiv amillərə əsaslanan bu ad (“Zəngəzur dəhlizi”) Azərbaycanda o qədər məşhurlaşıb ki, orada istənilən, o cümlədən “Tramp marşrutu” ilə sinxronlaşdırılmalı olan infrastruktur məhz belə adlandırılıb”, - Paşinyan əlavə edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031