İsrail XİN: "Qəzzada atəşkəs təklifi qəbul olunub"

8-09-2025, 20:22 127 dəfə baxılıb

 

"İsrail Qəzzada ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü atəşkəs təklifini qəbul edib".

Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

Budapeştdə macar həmkarı ilə keçirdiyi mətbuat konfransında çıxış edən Saar qeyd edib ki, İsrail girovların azad edilməsi və Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi ilə müharibəni dayandırmaq üçün tamhüquqlu razılaşmanı qəbul etməyə hazırdır.

Məlumata görə, İsrailin HƏMAS-la sövdələşməyə dair yeni mövqeyi Baş nazir Benyamin Netanyahunun daha əvvəl təkid etdiyi prinsiplərdən kənara çıxır.

Nəşr xüsusilə İsrail və ərəb mənbələrinə istinadən xəbər verir ki, indiki təklifdə İsrailin ilk olaraq altı aylıq müharibəyə son qoymaq prosesinin başladığını elan etməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031