Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

8-08-2025, 10:30 510 dəfə baxılıb

 

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Tommi Piqott bu gün keçirdiyi brifinqdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək üçtərəfli görüşdən sonra, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı sənədlərin imzalana biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, jurnalistin suallarını cavablandıran ABŞ Dövlət Departamentinin nümayəndəsi hazırda konkret məlumatın olmadığını qeyd edib və ətraflı məlumat üçün Ağ Evə müraciət etməyi təklif edib.

 

Buna baxmayaraq, onun sözlərinə görə, ABŞ-nin keçmiş Prezidenti Co Bayden və sabiq dövlət katibi Antoni Blinken yaxın gələcəkdə Bakı və İrəvan arasında tarixi sazişin əldə olunacağına dair nikbinliklərini dəfələrlə bildiriblər.

 

O vurğulayıb ki, rəsmi bəyanata layiq nəsə olanda, o, mütləq bəyan ediləcək, lakin indi detallar barədə danışmaq tezdir.

 

“Rəsmi olaraq elan edilə biləcək bir şey əldə etdikdə, biz bunu elan edəcəyik. Təfərrüata gəlincə, bunun necə görünə biləcəyinə gəlincə – indi mən fərziyyələr irəli sürməyəcəyəm və ya mümkün bəyanatların qabaqlamayacağam”, – deyə Piqott bildirib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031