İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib
İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, u barədə Tia.az saytı İsrailin Bakıdakı səfirliyinin paylaşımına istinadən xəbər verir.
Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır.
Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: