Xarici KİV: Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib

28-07-2025, 11:25 215 dəfə baxılıb

 

 Son on ildə Azərbaycan əsas geostrateji oyunçu kimi özünü təsdiqləyib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Almaniya nəşri "Berliner Zeitung"un analitik materialında deyilir.

"Son on ildə Bakı özünü mühüm geostrateji oyunçu kimi göstərib. Söhbət təkcə neft və qazdan getmir. Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib - hətta Avropa İttifaqı (Aİ) və NATO Bakını "etibarlı tərəfdaş" adlandırır", - məqalədə qeyd olunub.

Müəllif iddia edir ki, Azərbaycan regional gücə çevrilməyə çalışır: "Azərbaycan Şərqi Mərkəzi Avropada Polşa, Cənubi Amerikada Braziliya və ya Cənub-Şərqi Asiyada İndoneziya kimi regional gücə çevrilməyə çalışır. Bu, onun ölkəni əhatə edən regional hegemonlarla münasibətlərində özünü göstərir".

Məqalədə həmçinin Azərbaycanın həm Almaniya, həm də bütün Aİ üçün enerji təchizatçısı kimi mühüm rolu vurğulanır.

"Ukraynada müharibənin başlanması ilə ölkə (Azərbaycan - red.) özünü Rusiyaya alternativ kimi təqdim edib. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müşahidəçilərə aydın oldu ki, enerji məsələləri gündəmə gələndə Azərbaycan Çempionlar Liqasında oynayır. Qərbin enerji şirkətlərində qərar qəbul edən şəxslər belə iddia edirlər", - müəllif əlavə edib.

Bundan əlavə, materialda Azərbaycanın öz əzəli ərazilərini - Qarabağ bölgəsini qaytarmasının ölkəni gücləndirdiyi qeyd olunur.

"İndi Azərbaycan rəhbərliyi uzunmüddətli sabitliyin qorunmasına, Qərbi Avropa və ABŞ-nin ictimai diskursunda tanınmağa diqqət yetirəcək. Beləliklə, ölkə əvvəllər diqqət çəkməyən bir çox digər inkişaf etməkdə olan iqtisadiyyatlar üçün nümunə ola bilər", - “Berliner Zeitung” vurğulayıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031