Təbrizli siyasətçi İran rejimini referenduma çağırdı

12-07-2025, 11:05 88 dəfə baxılıb

 

2009-cu il seçkilərində prezidentliyə namizəd olmuş, həmin dönəmdən bəri ev dustağı olan, əslən Təbrizdən olan “Yaşıl İnqilab” Hərəkatının lideri Mirhüseyn Musəvi bəyanatla çıxış edib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, bəyanatını 12 günlük müharibəyə həsr edib.

Musəvi bildirib ki, İran xalqı müharibə zamanı ölkəsini müdafiə edib. “Lakin indiki rejim elə zənn etməsin ki, onların bu dirənişi hakimiyyətin apardığı siyasətin bəhrəsiddir. Onlar ona görə səbr nümayiş etdirdilər ki, ölkələri təcavüzə məruz qalmışdı”.

Hərəkat lideri qeyd eidb ki, hakimiyyət nəinki islahata getməli, həmçinin vətəndaşların öz müqəddəratlarını təyin etməsinə imkan yaratmalıdır. “İranlılar hansı seçmi edəcəklərini özləri müəyyən etməlidir. Onların öz müqəddəratlarını təyin etmə hüququları tanınmalıdır. Bunun üçün referendum keçirilməli və vətəndaşların hansı quruluşda yaşaması seçimi verilməlidir”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031