Ərdoğanın açıqlaması: ermənilər əl-ayağa düşüblər

8-07-2025, 10:19 218 dəfə baxılıb

 

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi görüşü zamçanı bildirmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərini artırıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, onun fikirləri Ermənistanda birmənalı qarşılanmayıb.

Erməni müxalifəti ənənəvi olaraq məsələni başqa şəkildə yozub. Onlar baş nazir Nikol Paşinyanın dəhliz məsələsinə razılaşdığını və Azərbaycana böyük güzəştlər edildiyini bildiriblər.

Hakim Mülki Müqavilə Partiyasından deputat olan Artur Hovhannisyan isə bildirib ki, erməni müxalifətinin ittihamları əbəsdir. O, həmçinin Ərdoğanın açıqlamasını da reallıqdan uzaq hesab edib. “Türkiyə prezidentinin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması reallıqdan uzaqdır. Ermənistan heç bir güzəştə getməyib və getməyəcək”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031