"Yekaterinburqda polis vəhşiliyi araşdırılmazsa, münasibətlər gərgin qalacaq"- politoloq

3-07-2025, 10:36 619 dəfə baxılıb

 

Kremlə bağlı media resurslar Azərbaycanın Yekaterinburq hadisələrinə verdiyi sərt reaksiya ilə bağlı belə bir ümumi tezis formalaşdırıblar: Azərbaycan hakimiyyəti Yekaterinburqdakı hadisələrə kəskin reaksiya verməməli, Rusiya hakimiyyətinin "məsələni araşdırırıq" açıqlamasıyla kifayətlənməli idi.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz sosial hesabında paylaşıb: 

O, bildirib ki, bu baş vermədiyinə görə, Kremlin media resurslarında Azərbaycana təzyiqin iki amili üzərində dayanıblar:

"Kremldə yeni heç nə kəşf etməyiblər, "ənənəvi" təzyiq alətlərini işə salmaq barədə düşünürlər. Bu vəziyyətdən çıxış yolu var. Kreml Yekaterinburqda polis vəhşiliyini araşdırıb soydaşlarımızı öldürənləri həbs qərarını versə, münasibətlərdəki gərginlik nisbətən azala bilər. Ancaq bunun baş verəcəyini proznozlaşdırmaq çətindir. Çünki, Kremlin media resursları baş verənlər barədə yalan xəbərlər yaymaqda davam edirlər, guya soydaşlarımız ürək tutmasından ölüblər və guya həbs olunanlar Yekaterinburqda kriminala başçılıq ediblər. Belə olan halda çətin ki, Kreml təyyarə olayında olduğu kimi həqiqəti etiraf etsin".



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031