Rusiyanın pulu hesabına Ukraynaya daha 11 milyard avro veriləcək

27-06-2025, 10:30 9 dəfə baxılıb

 

Avropa İttifaqı Rusiya aktivləri hesabına qaytarılacaq 50 milyard avroluq proqram çərçivəsində Ukrayna üçün 11 milyard avro məbləğində yeni kredit hazırlayacaq.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, məlumatı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ sammitindən sonra açıqlayıb: “Biz Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə “Yeddilik” qrupundan qalan 11 milyard avro həcmində kredit ayırmağa hazırlaşırıq”.
O, Kiyevin bundan sonra da hərbi və maliyyə dəstəyi alacağını vurğulayıb. Avropa Komissiyasının rəhbəri xatırladıb ki, mayın 9-da Ukrayna müdafiə sənayesinin inkişafı üçün artıq 1 milyard avro alıb, həmçinin Rusiya aktivlərindən əldə olunan gəlirlərdən istifadə edib.

Qeyd edək ki, 50 milyard avroluq kredit proqramı 2023-cü ilin sonunda razılaşdırılıb. Ukrayna bu proqram çərçivəsində artıq 39 milyard avro alıb. Proqram Ukraynaya verilən 50 milyard avroluq kreditin 2042-ci ilə qədər Rusiya aktivlərinin təkrar investisiyasından əldə edilən gəlirdən istifadə etməklə ödənişini nəzərdə tutur. Musavat.com



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031