Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb etdi

18-06-2025, 10:19 210 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ağ Ev rəhbəri bunu “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp İran problemini həll etmək üçün ABŞ Ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb.
Bundan əlavə, o bildirib ki, İranın ali lideri Əli Xameneyinin yerini bilir, buna baxmayaraq Vaşinqton hələlik onu aradan götürməyi planlaşdırmır.

“Biz İranın ali rəhbərinin harada gizləndiyini bilirik. O, çox asan hədəfdir, lakin orada təhlükəsizlikdədir. Biz onu hələlik öldürməyəcəyik. Mülki şəxslərə və ya ABŞ hərbçilərinə raket atılmasını istəmirik. Bizim səbrimiz tükənir”, – Tramp qeyd edib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir..

İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031