Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

5-06-2025, 11:06 494 dəfə baxılıb

 

Bu gün Koreya Respublikasında BMT-nin Ətraf mühit proqramı (UNEP) tərəfindən təşkil olunmuş Ümumdünya Ətraf mühitin Mühafizəsi günü keçirilir.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ümumdünya Ətraf mühitin Mühafizəsi Günü ilə bağlı tədbirlər çərçivəsində estafetin təntənəli şəkildə Azərbaycana ötürülməsi baş tutacaq.

Belə ki, məhz Azərbaycan 2026-cı ildə bu qlobal tədbirə ev sahibliyi edəcək.

Qeyd edək ki, 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ətraf mühitin qorunmasına həsr olunmuş ən mühüm beynəlxalq gündür. 1973-cü ildən etibarən hər il BMT-nin Ətraf Mühit Proqramının rəhbərliyi ilə keçirilən bu Gün çərçivəsində təşkil olunan tədbirlər planetin qorunması işində milyonlarla insanın iştirak etdiyi ən böyük qlobal ekoloji platformaya çevrilib.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031