Azərbaycanlı hərbçilər rus dilində təhsildən imtina ediblər

4-06-2025, 10:39 496 dəfə baxılıb

 

Azərbaycanlı hərbçilər Qazaxıstanda rus dilində təhsil almaqdan imtina ediblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunun əvəzində isə onlar qazax dilini öyrənməyi üstün tutublar.

Qazaxıstan Milli Müdafiə Universiteti Azərbaycan hərbçilərinin bu istəyinə görə qazax dili kafedrası açmağı planlaşdırır.

Universitetin rektoru Asker Mustabekov deyib ki, universitetdə adətən Çin, Hindistan və Fransadan gələn hərbçilər ilk olaraq rus dili kurslarına cəlb olunurlar və daha sonra təhsilə başlayırlar.

"Azərbaycanlı hərbçilər isə bunun əvəzində qazax dili kurslarına yazılmaq istədiklərini bildirdilər. Ona görə də sentyabr 1-dən universitetimizdə qazax dilinin tədrisinə başlayacağıq", - Asker Mustabekov əlavə edib.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031