İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir

2-06-2025, 12:09 666 dəfə baxılıb

 

Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin iki ölkə artasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsi olduğunu deyib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarellaya bu ölkənin Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir:
“Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.
Dövlət başçısı qeyd edib ki, enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir:
“Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.
Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir”.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031