Erməni jurnalistdən etiraf: “Özümüzü Azərbaycanla müqayisə edə bilmərik”

19-05-2025, 18:43 201 dəfə baxılıb

 

Erməni jurnalist, habelə qatı anti-Azərbaycan mövqeyində olan Nairi Hoxikyan bəzi etiraflar edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, Azərbaycan və Ermənistanın sərhəd kəndlərinin vəziyyətini müqayisə edərkən bu açıqlamaları verib.

Onun sözlərinə görə, Ermənistan kəndləri baxımsız qalıb. “Azərbaycan isə sərhəd kəndlərinə böyük sərmayələr yatırıb”.

Hoxikyan qeyd edib ki, Ermənistanın sərhəd kəndində yaşayan sakinlər ağır sosial şəraitdədirlər. “Onların  evlərini təmir etməyə imkanları yoxdur. Bir çox yerlərdə təbii qaz yoxdur, içməli su əsasən saatlarla olur və ya ümumiyyətlə olmur”.
Erməni jurnalist bildirib ki, 2023-cü ildə Ermənistan hökuməti 100-dən az şagirdi olan məktəbləri bağlamaq qərarına gəlib. “O halda, demək olar ki, bütün sərhəd kəndlərində məktəblər bağlanır ki, bu da böyük köçə səbəb olur. Biz özümüzü Azərbaycanla müqayisə edə bilmərik. Onların kəndləri abaddır və insanları da bizdən qat-qat yüksək səviyyədə yaşayır”.Tribunainfo.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031