Ramil Usubov Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü

15-05-2025, 10:34 95 dəfə baxılıb

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov mayın 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

 

R.Usubov ümidvar olduğunu bildirib ki, yeni məsul vəzifəsində Baş katibin ölkəmizə ilk səfərinin, bugünkü tədbirin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşün iki qardaş dövlət ərazisində əmin-amanlığın və təhlükəsizliyin gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

 

Cənab Okay Memiş müvafiq qurumlarımız arasında əlaqələrin möhkəmlənməsi və daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, belə görüşlərin təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət ediblər.


Yenisirvanli.İnfo.Az   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031