Azərbaycan Qlobal Cənub və Qərb arasında körpü rolunu oynayır – Deputat

15-05-2025, 10:23 163 dəfə baxılıb

 

Dünyanın yeni geosiyasi mərhələsindəyik. Bu mərhələdə Qlobal Cənub adlandırılan Asiya, Avropa, Latın Amerikası, Cənubi Qafqaz ölkələri siyasi proseslərin təşəbbüskarları və siyasəti formalaşdıran aktorlara çevrilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva komitənin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan da bu ölkələr sırasında aparıcı rola malik olan dövlətdir:

“Azərbaycan çevik, milli maraqlara əsaslanan çoxşaxəli siyasi kursu ilə seçilir. Azərbaycanın unikallığı ondan ibarətdir ki, biz artıq Cənub və Qərb arasında körpü rolunu oynayırıq. Azərbaycanın əsas dəyərlərindən biri dialoqdur. Biz öz nümunəmizdə göstərdik ki, əməkdaşlıq və dialoqun təşkili müxtəlif problemlərin həlli istiqamətində açardır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik və COP29 çərçivəsində də bunu göstərib. Biz təzyiqlərə, Avropa və Asiya arasındakı müəyyən gərginliklərə baxmayaraq, ədalətli mövqeyin bərpasına nail olduq”.

Deputat əlavə edib ki, Azərbaycan həmçinin ikitərəfli münasibətlərə də önəm verir, qarşılıqlı fayda əsasında milli maraqlar əks etdirən əməkdaşlığın marağındadır.

“Azərbaycan yeganə ölkələrdəndir ki, həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli münasibətlərdə ədalətin bərpa olunmasına çalışır, ikili standartlara qarşı çıxır. Azərbaycan həmçinin dünyada və regionda sülh, təhlükəsizliyin bərpa olunmasında təşəbbüskar dövlət kimi çıxış edir. Bu həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, həm də dünyada gedən münaqişələrdə, dövlətlər arasında etnik və dini zəmində qarşıdurmalarda özünü göstərir”, - deyə S.Fətəliyeva fikrini yekunlaşdırıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031