Prezident Baş prokuror vəzifəsinə namizəd irəli sürdü

30-04-2025, 19:23 55 dəfə baxılıb

 

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı Milli Məclisə daxil olub.


Yenisirvanli.İnfo.Az Teleqraf-a istinadla xəbər verir ki, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif edilir.

Təqdimatda K.Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif olunur.

Təqdimat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.

Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031