Ermənistan idmançıları Xankəndiyə gələcəklər? - AÇIQLAMA

25-04-2025, 10:56 205 dəfə baxılıb

 

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında Ermənistan idmançılarının iştirak edib-etməyəcəyi müzakirə edilir.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən erməni idmançıların təhlükəsizliyi ilə bağlıdır. "Müvafiq qərar qəbul ediləndə biz bunu ictimaiyyətə açıqlayacağıq", - deyə Andreasyan bildirib.

Oyunların Təşkilat Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Aygül Ağayeva bildirib ki, ölkəmizdə keçiriləcək III MDB Oyunlarına Ermənistan idmançılarına iştirak üçün dəvət göndərilib.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək. Yarışlar 23 idman növü üzrə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində baş tutacaq./Publika.az



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031