Pezəşkian 4 əyalət valisi və 120 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana gəlir

19-04-2025, 18:53 116 dəfə baxılıb

 

İran Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzinin verdiyi məlumata görə, aprelin 28-də İran prezidenti Məsud Pezəşkianın rəhbərliyi ilə geniş nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

Yenisirvanli.İnfo.Az məlumata əsasən bildirir ki, səfərdən əvvəl İran nümayəndə heyəti Bakıya gələcək. Səfərin məqsədi prezidentin ziyarətinə hazırlıq işlərini tamamlayaraq yekun razılaşmaların əldə olunmasıdır.

Pezəşkianın Azərbaycana səfərində ölkənin şimal-qərb bölgəsinə daxil olan dörd əsas əyalətin – Ərdəbil, Gilan, Şərqi Azərbaycan və Qərbi Azərbaycanın valiləri də iştirak edəcək.

Bundan əlavə, İran prezidentini Azərbaycana səfəri zamanı 120 nəfərlik nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyətinə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən özəl sektor təmsilçiləri, İran parlamentinin deputatları və digər rəsmi şəxslər daxildir.

Bu səfərin Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və regional tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olması gözlənilir.Müsavat.com



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930